Əli Məsimli: "Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır"

Əli Məsimli: "Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır" Deputat: "Elə mühit qurulmalıdır ki, "qara bazar" aradan qaldırılsın"
Maliyyə
25 Aprel , 2017 13:43
Əli Məsimli: Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır

Bakı. 25 aprel. REPORT.AZ/ "Qara bazar"da alış-satış daha yumşaqdır. Banklarda isə alış və satış məzənnələri arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır".

"Report"un verdiyi xəbərə görə, bu fikri deputat Əli Məsimli Milli Məclisin bugünkü plenar iclasında "Valyuta tənzimi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı bildirib.

"Bankların bugünkü siyasəti davam edəcəksə, 21 fevrala (21.02.2015-ci il - ilk devalvasiya) yenidən dönəcəyik. Valyutadəyişmə məntəqələri həmişəki davranışları ilə maliyyə sisteminə ciddi zərbə vurmasın deyə, iş aparılmalıdır. "Qara bazar" ölkənin imici ilə bağlı olan məsələdir. Elə mühit qurulmalıdır ki, "qara bazar" aradan qaldırılsın. Bunu tam aradan qaldırmaq mümkün deyil. Amma işlər xaotik "qara bazar"ın aradan qaldırılması istiqamətində aparılmalıdır. Məntəqələrdə işləyənlərin hamısı "qara bazar"a getdi. İndi onları geri qaytarmaq mümkün olacaqmı? "Qara bazar"da alış-satış daha yumşaqdır. Banklarda isə alış-satış arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır", - deyə millət vəkili qeyd edib.

Son xəbərlər

Orphus sistemi