Əli Əsədov: "Qlobal dəyişikliklərə baxmayaraq iqtisadi artımımız davam edib"

Əli Əsədov: "Qlobal dəyişikliklərə baxmayaraq iqtisadi artımımız davam edib" Ötən il qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib.
Maliyyə
17 mart 2023 07:22
Əli Əsədov: Qlobal dəyişikliklərə baxmayaraq iqtisadi artımımız davam edib

Ötən il qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib.

“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatını təqdim edərkən bildirib.

"2022-ci ildə ölkədə 133,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, il ictimai həyatın bütün sahələrində aparılan islahatlarla yadda qalıb", - deyə o qeyd edib.

"Hazırda valyuta ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır", - deyə hökumət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi