Elektromobillər üçün icbari sığorta haqqının hesablanması qaydası açıqlanıb

Elektromobillər üçün icbari sığorta haqqının hesablanması qaydası açıqlanıb Azərbaycanda elektromobillər üçün icbari sığorta haqqı hesablanarkən 50 manatlıq baza sığorta haqqına uyğun əmsallar müəyyən ediləcək.
Maliyyə
23 Sentyabr , 2022 16:23
Elektromobillər üçün icbari sığorta haqqının hesablanması qaydası açıqlanıb
Anar İslamov

Azərbaycanda elektromobillər üçün icbari sığorta haqqı hesablanarkən 50 manatlıq baza sığorta haqqına uyğun əmsallar müəyyən ediləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə dair siyasət və nəzarət departamentinin şöbə rəisi Anar İslamov bildirib.

"Digər avtomobillər üçün müəyyən risk əmsalları müəyyən edilib. Onlardan biri nəqliyyatın mühərrikinin həcminə görə əmsaldır. Amma elektromobillərdə sırf o hissə vahid olacaq. Baza sığorta haqqı var ki, ona uyğun da əmsallar təyin olunacaq", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi