Ekspertlər: ​Rusiyanı iqtisadi şoklar gözləyir

Ekspertlər: ​Rusiyanı iqtisadi şoklar gözləyir Əməkhaqları yalnız 2025-ci ildə 2014-cü ildəki səviyyəyə çata bilər
Maliyyə
15 Fevral , 2016 15:30
Ekspertlər: ​Rusiyanı iqtisadi şoklar gözləyir

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiya Maliyyə Nazirliyinin proqnozlarına əsasən, ölkədə əsaslı islahatlar aparılmasa və neftin qiyməti artmasa, yaxın 15 ildə Rusiyanı durğunluq gözləyir. 

"Report"un "Vedomosti" qəzetinə istinadən verdiyi xəbərə görə, nazirliyin konservativ ssenarisinə əsasən, neftin orta qiyməti 2030-cu ilə qədər 40 dollar/barel olacağı təqdirdə, iqtisadiyyatın orta hesabla illik 1-1,3% artması gözlənilir. Bu il isə ÜDM-də 0,8% yavaşlama ehtimal edən Maliyyə Nazirliyi 2014-2030-cu illər üçün 13% artım proqnozlaşdırır. Qeyd edək ki, 2011-2013-cü illər ərzində Rusiyada ÜDM 13% artıb. Ölkədə real əməkhaqlarının 2014-cü il səviyyəsinə qayıtması isə yalnız 2025-ci ildə mümkün olacaq.

İqtisadi ekspert qrupunun rəhbəri Yevsey Qurviçin fikrincə, uzunmüddətli staqnasiya ehtimal olunur, hətta periodik olaraq neftin qiymətinin kəskin düşməsi hallarında iqtisadi şoklar da yaşana bilər. O bildirib ki, bu, maliyyə böhranları ilə müşahidə olunan durğunluq dövrü olacaq. Neftin qiymətinin 40-50 dollar/barelə qədər yüksəlməsindən asılı olmayaraq, iqtisadiyyatda potensial islahatların aparılmaması ÜDM-dəki artımın 1-1,5%-dən çox olmayacağı ilə nəticələnəcək. Bu halda isə Rusiya valyuta ehtiyatlarının önəmli hissəsini itirə bilər ki, bu da maliyyə və bank böhranı zamanı dövlət dəstəyini məhdudlaşdıra bilər.

Son xəbərlər

Orphus sistemi