Ekspertlər "Brexit"in britaniyalılar üçün zərərini hesablayıblar

Ekspertlər "Brexit"in britaniyalılar üçün zərərini hesablayıblar Bakı. 20 noyabr. REPORT.AZ/ Brexit prosesi britaniyalıların gəlir və həyat keyfiyyətinə mənfi təsir edib. Britaniyada hər bir ailə Brexit səbəbindən ildə 534 ABŞ dolları itirir. Report RBC agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Londonda fəaliyyət göstərən Center for Economic Performans araşdırma mərkəzi yayıb.
Maliyyə
20 Noyabr , 2017 12:42
Ekspertlər Brexitin britaniyalılar üçün zərərini hesablayıblar

Bakı. 20 noyabr. REPORT.AZ/ "Brexit" prosesi britaniyalıların gəlir və həyat keyfiyyətinə mənfi təsir edib. Britaniyada hər bir ailə "Brexit" səbəbindən ildə 534 ABŞ dolları itirir. "Report" RBC agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Londonda fəaliyyət göstərən "Center for Economic Performans" araşdırma mərkəzi yayıb.

Mərkəzin hesabatında bildirilir ki, "Brexit" ölkədə inflyasiyanın artmasına gətirib çıxarıb, bu da nəticədə əhalinin real gəlirlərini və həyat səviyyəsini aşağı salıb. Hesabatda qeyd olunub ki, "Brexit" hər həftə hər bir Britaniya ailəsinə 7,74 funt sterlinq (10,23 dollar), ildə isə 404 funt (533,9 dollar) zərər verir. Bu isə öz növbəsində orta sinif işçinin bir həftəlik qazancına bərabərdir.

Son xəbərlər

Orphus sistemi