​Ekspert: "Azərbaycanda qəbul olunan kredit girovlarının 73%-i torpaq və daşınmaz əmlakdır"

​Ekspert: "Azərbaycanda qəbul olunan kredit girovlarının 73%-i torpaq və daşınmaz əmlakdır" Bu, sahibkarlar üçün ciddi məhdudiyyət yaradır və əksəriyyət bankın maliyyələşmə tələblərinə cavab verə bilmir
Maliyyə
29 Yanvar , 2015 13:19
​Ekspert: Azərbaycanda qəbul olunan kredit girovlarının 73%-i torpaq və daşınmaz əmlakdır

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycanda maliyyələşdirmədəki boşluğu doldurmaq üçün kreditorların girov olaraq qəbul etdiyi aktivlərin strukturunda daşınar əmlakın payı artırılmalıdır. "Report"un verdiyi xəbərə görə, Dünya Bankının Azərbaycanda həyata keçirdiyi müvafiq layihənin icrası məqsədi ilə Daşınar Əmlaka Əsaslanan Kreditləşmə (DƏƏK) məhsullarının tətbiqi üzrə çalışacaq komanda formalaşıb.

Bu mütəxəssis qrupunun üzvlərindən biri olan Saymon Tompson Bakıda DƏƏK üzrə bu gün keçirilən seminarda deyib ki, maliyyə boşluğunu doldurmaq üçün məhz daşınar əmlakın maliyyələşdirməsi lazımdır. Onun sözlərinə görə, kiçik və orta müəssisələrin aktivlərinin əksər hissəsini daşınar əmlak təşkil etdiyi halda, kredit almaq üçün onlardan girov kimi daşınmaz əmlak tələb olunur ki, bu da öz növbəsində kreditləşməni çətinləşdirir.

"Azərbaycanda kiçik və orta şirkətlərin aktivlərinin cəmi 22%-ni torpaq və daşınmaz əmlak, 34%-ni debitor borclar və 44%-ni maşın və avadanlıqlar təşkil edir. Kreditorların qəbul etdiyi girovların isə 73%-i torpaq və daşınmaz əmlak, cəmi 27%-i isə daşınar əmlakdır. Azərbaycan bankları girov kimi daşınmaz əmlaka üstünkük verir ki, bu da sahibkarlar üçün ciddi məhdudiyyət yaradır və onların əksəriyyəti bankın maliyyələşmə tələblərinə cavab verə bilmir", - deyə S.Tompson bildirib.

O qeyd edib ki, inkişaf etmiş ölkələrdə kreditlərin 2/3-si məhz daşınar əmlak əsasında verilir. Debitor borc əsasında kreditləşmə üzrə isə Çin birinci yerdədir.

Son xəbərlər

Orphus sistemi