“Azərbaycanda xərclərin rəsmiləşdirilməsi ilə bağlı ciddi hesabat blanklarının rekvizitləri mövcud olsa da, onların tətbiqi ilə bağlı problemlər var”.
"Report" xəbər verir ki, bunu “Access Bank” QSC-nin təşkilatçılığı ilə keçirilən "Vergi və Gömrük" adlı biznes forumda KPMG audit şirkətinin Azərbaycandakı nümayəndəliyinin baş vergi məsləhətçisi Xəlil Əlizadə deyib.
“Məsələn, bəzi şirkətlər rabitə xərclərini rəsmiləşdirmək üçün rabitə xidməti təqdim edən tərəflə müqavilə bağlayırlar. Bununla yanaşı, şirkətin daxili kodeksi olmalıdır və orada hansısa işlərlə bağlı rabitə xərclərinin çəkildiyi qeyd edilməlidir. Yanacaq almaqla bağlı isə ciddi təsdiqedici sənəd yoxdur. Burada yenə də şirkət daxili siyasətini tətbiq edə bilər və bu sənəd təsdiqedici sənəd kimi qəbul oluna bilər. Taksi xidmətindən istifadə də həmçinin", - deyə ekspert bildirib.