Ekspert: "Azərbaycan bankları daşınar əmlaka etibarlı vasitə kimi baxmır"

Ekspert: "Azərbaycan bankları daşınar əmlaka etibarlı vasitə kimi baxmır" Banklarda kredit ödənişlərinin gecikməsi ilə bağlı göstəricilər təminatdan asılı olmayaraq müxtəlif səviyyədədir
Maliyyə
5 Aprel , 2017 15:27
Ekspert: Azərbaycan bankları daşınar əmlaka etibarlı vasitə kimi baxmır
Courtesy İmage

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan bankları daşınar əmlaka kreditin qaytarılması üçün etibarlı təsir vasitəsi kimi baxmır. “Report” xəbər verir ki, bunu Bakıda Azərbaycan Banklar Assosiasiyası (ABA) və Beynəlxalq Maliyyə Korporasiyasını (IFC) təşkilatçılığı ilə "Daşınar əmlakın yüklülüyü islahatı: sorğunun nəticələri və növbəti addımlar” mövzusunda keçirilən konfransda maliyyə sektoru üzrə mütəxəssis (IFC-nin nümayəndəsi) Vasif Bədəlsoy deyib.

Onun sözlərinə görə, bu, 14 bankın və 1 bank olmayan kredit təşkilatının iştirakı ilə keçirilmiş sorğu nəticəsində məlum olub. Nəticələrə əsasən, kredit təşkilatları daşınar əmlaklardan girov kimi daha çox maşın və avadanlıqları, anbarlarda olan mal və materialları götürür: “Əqli mülkiyyət, debitor borclar isə girov kimi qəbul edilmir. Çünki bu kimi əmlakların uçotu, qeydiyyatı prosesi mürəkkəbdir”.

Bununla belə, V.Bədəlsoy onu da qeyd edib ki, banklarda kredit ödənişlərinin gecikməsi ilə bağlı göstəricilər təminatdan asılı olmayaraq müxtəlif səviyyədədir: "Sorğuda iştirak etniş banklar üzrə kreditlərin restrukturizasiya faizi orta hesabla 18%-dir. Amma bəzi banklarda bu rəqəm 70%-ə çatır".

Son xəbərlər

Orphus sistemi