​Əksər Qərb indekslərində ucuzlaşma qeydə alınıb

​Əksər Qərb indekslərində ucuzlaşma qeydə alınıb Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1 122,3 dollara düşüb
Maliyyə
5 Sentyabr , 2015 09:16
​Əksər Qərb indekslərində ucuzlaşma qeydə alınıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Sentyabrın 4-də Amerika fond bazarlarında Dow Jones indeksi 1,66% azalaraq 16 102,38 bənd, S&P 500 1,53% ucuzlaşaraq 1 921,22 bənd, Nasdaq isə 1,05% geriləyərək 4 683,92 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 2,44% geriləyərək 6 042,92 bənd, Fransa CAC-40-ı 2,81% azalaraq 4 523,08 bənd, Almaniya DAX-ı isə 2,71% ucuzlaşaraq 10 038,04 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,13% azalaraq 1 122,30 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1149 (+0,19%) təşkil edib.

İngilis versiyası Most Western indexes fell

Son xəbərlər

Orphus sistemi