​Qərbin əksər indeksləri yüksəlib

​Qərbin əksər indeksləri yüksəlib Dünya bazarında avronun dollara qarşı məzənnəsi də artır
Maliyyə
13 İyul , 2015 10:01
​Qərbin əksər indeksləri yüksəlib

Bakı. 13 iyul.REPORT.AZ/ İyulun 10-da Amerika fond bazarlarında Dow Jones indeksi 1,21% artaraq 17 760,41 bənd, S&P 500 1,23% bahalaşaraq 2 076,62 bənd, Nasdaq isə 1,53% irəliləyərək 4 997,70 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 1,39% bahalaşaraq 6 673,38 bənd, Fransa CAC-40-ı 3,07% artaraq 4 903,07 bənd, Almaniya DAX-ı isə 2,90% irəliləyərək 11 315,63 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,10% ucuzlaşaraq 1 159,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1135 (+0,32%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi