​Əksər Qərb indekslərində bahalaşma müşahidə olunub

​Əksər Qərb indekslərində bahalaşma müşahidə olunub Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1305 (+0,04%) təşkil edib
Maliyyə
3 Fevral , 2015 09:37
​Əksər Qərb indekslərində bahalaşma müşahidə olunub

Bakı. 3 fevral. REPORT.AZ/ Fevralın 2-də Amerika fond bazarında Dow Jones indeksində 1,14% artım müşahidə edilib və 17 361,04 bənd təşkil edib. S&P 500 1,30% artaraq 2 020,85 bəndə qədər, Nasdaq isə 0,89% bahalaşaraq 4 676,69 bəndə qalxıb.

"Report" xəbər verir ki, Avropa fond bazarında fevralın 2-də FTSE 100 indeksi 0,49% artaraq 6 782,55 bəndədək, Almaniya DAX-ı 1,25% bahalaşaraq 10 828,01 bəndədək qalxıb. Fransa CAC-40-ı isə 0,51% qalxaraq 4 627,67 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,62% ucuzlaşaraq 1 275,10 dollara düşüb. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1305 (+0,04%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi