Qızılın qiyməti 1 200 dollar/unsiya həddini keçib

Qızılın qiyməti 1 200 dollar/unsiya həddini keçib ​Əksər Avropa indekslərində yüksəlmə qeydə alınıb
Maliyyə
11 Fevral , 2016 09:28
Qızılın qiyməti 1 200 dollar/unsiya həddini keçib

Bakı. 11 fevral. REPORT.AZ/ Fevralın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,62% ucuzlaşaraq 15914,74 bənd, S&P 500 0,02% azalaraq 1 851,86 bənd, Nasdaq isə 0,35% irəliləyərək 4 283,59 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,71% bahalaşaraq 5 672,30 bənd, Fransa CAC-40-ı 1,59% artaraq 4061,20 bənd, Almaniya DAX-ı isə 1,55% irəliləyərək 9 017,29 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 17,4 ABŞ dolları yaxud 1,46%, bahalaşaraq 1 208,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1287 (-0,06%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi