Əksər Avropa fond indekslərində artım müşahidə olunub

Əksər Avropa fond indekslərində artım müşahidə olunub Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1317-yə düşüb
Maliyyə
27 Fevral , 2015 09:35
Əksər Avropa fond indekslərində artım müşahidə olunub

Bakı. 27 fevral.REPORT.AZ/ Fevralın 26-da Amerika fond bazarında Dow Jones indeksində 0,06% azalma müşahidə edilib və 18 214,42 bənd təşkil edib. S&P 500 0,15% azalaraq 2 110,74 bənd, Nasdaq isə 0,42% yüksələrək 4 987,89 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,21% artaraq 6 949,73 bənd, Almaniya DAX-ı 1,04% bahalaşaraq 11 327,19 bənd, Fransa CAC-40-ı isə 0,58% bahalaşaraq 4 910,62 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,07% bahalaşaraq 1 209,60 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1317 (-0,3%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi