Əkrəm Həsənov: "Bank Standard"ın bəzi borclularına güzəşt edilir"

Əkrəm Həsənov: "Bank Standard"ın bəzi borclularına güzəşt edilir" Hüquqşünas kreditorları Bankın əmlaklarının satışı ilə bağlı keçirilən hərraclarda aktiv iştirak etməyə çağırıb
Maliyyə
29 Yanvar , 2018 16:12
Əkrəm Həsənov: Bank Standardın bəzi borclularına güzəşt edilir
“Bank Standard”ın Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənov / Report/ Orkhan Azim

Bakı. 29 yanvar. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun qardaşı, iş adamı Şahin Mövsümov bəyan etmişdi ki, “Bank Standard” QSC-dən krediti girov qoymaqla götürüb, amma belə deyil".

“Report” xəbər verir ki, bunu Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən növbəti iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib.

“Bank Standard”la bağlı qiymətləndirmə aparan KPMG audit şirkəti bəyan edib ki, Ş.Mövsümovun Bankda girovu yoxdur və onun aldığı milyonlarla manat borcun geri qaytarılması mümkün deyil”, - deyə o qeyd edib.

Ə.Həsənov həmçinin əlavə edib ki, “Bank Standard”ın ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Bankın bəzi borclularına güzəşt edir: “Bu, qanunsuz addımdır, həmin pullar kreditorlarındır və heç kimə güzəşt edilməməlidir".

Bundan başqa, hüquqşünas kreditorları “Bank Standard”ın əmlaklarının satışı ilə bağlı keçirilən hərraclarda aktiv iştirak etməyə çağırıb: “Həmin hərraclarda iştirak edin, görün o əmlaklar kimlərə və neçəyə satılır”.

Son xəbərlər

Orphus sistemi