EBRD və "Bank Respublika" “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi proqramı” çərçivəsində əməkdaşlıq edəcək

EBRD və "Bank Respublika" “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi proqramı” çərçivəsində əməkdaşlıq edəcək Ölkəmizdə biznesin inkişafına böyük dəstək verən Bank Respublika ASC Avropa İttifaqının EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirdiyi, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı”na qoşulub. EBRD-nin Azərbaycanda beynəlxalq layihələrin həyata keçirilməsi məqsədilə əsas tərəfdaş kimi “Bank Respublika”nı seçməsini növbəti dəfə banka olan yüksək etimadın göstəricisi kimi qiymətləndirmək olar.
Maliyyə
12 İyun , 2020 09:45
EBRD və Bank Respublika “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi proqramı” çərçivəsində əməkdaşlıq edəcək

Ölkəmizdə biznesin inkişafına böyük dəstək verən "Bank Respublika" ASC Avropa İttifaqının "EU4Business" təşəbbüsü çərçivəsində maliyyələşdirdiyi, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı”na qoşulub. EBRD-nin Azərbaycanda beynəlxalq layihələrin həyata keçirilməsi məqsədilə əsas tərəfdaş kimi “Bank Respublika”nı seçməsini növbəti dəfə banka olan yüksək etimadın göstəricisi kimi qiymətləndirmək olar.

Sazişə əsasən "Bank Respublika", mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsini daha da təkmilləşdirərək ən qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdıracaq. Bu məqsədlə nüfuzlu beynəlxalq konsaltinq şirkəti Banka texniki dəstək göstərəcək. "Bank Respublika" və EBRD arasındakı bu yeni əməkdaşlıq sahəsi, qurumun kiçik və orta biznes subyektlərinin kreditləşməsini dəstəkləmək üçün Banka verdiyi kredit xətlərinin, habelə Aİ-nın dəstəyi ilə Azərbaycanın bölgələrindəki fermer və kənd təsərrüfatı müəssisələrinə verilən kreditlərin uğurla reallaşdırılmasına əsaslanır.

Respublikanın əksər regionlarında filiallara malik olan Bank, özünün strategiyasına müvafiq olaraq, əhaliyə mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında öz töhfəsini verməkdədir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi