EBRD ötən il Azərbaycana investisiya qoyuluşunun məbləğini açıqlayıb

EBRD ötən il Azərbaycana investisiya qoyuluşunun məbləğini açıqlayıb EBRD ötən il Azərbaycana investisiya qoyuluşunun məbləğini açıqlayıb
Maliyyə
241
9 İyul , 2020 09:41
EBRD ötən il Azərbaycana investisiya qoyuluşunun məbləğini açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2019-cu ildə Azərbaycanda icra olunan layihələrə 17 milyon avro xərcləyib. 

“Report” xəbər verir ki, bu barədə Bankın açıqladığı “Annual Review 2019” hesabatında bildirilir. 

Sənədə əsasən, EBRD ötən il Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Qafqaz regionuna 2,1 milyard avro ayırıb. Bununla da, Bankın regiona investisiya qoyuluşu 27,1 milyard avroya çatıb. Hazırda regionda aktiv invesitisiya portfelinin ümumi dəyəri 8,4 milyard avro təşkil edib. 

Hesabatda həmçinin deyilir ki, EBRD ötən il Şərqi Avropa və Qafqaz regionundan Moldovaya 11 milyon avro, Ermənistana 118 milyon avro, Gürcüstana 296 milyon avro, Belarusa 391 milyon avro, Ukraynaya isə 1 125 milyon avro yatırım edib.

Ümumiyyətlə, hesabat dövründə Bank ümumilikdə 3 qitədə, 38 ölkəyə 10,1 milyard avroluq investisiya qoyuluşu həyata keçirib. Bu vəsait 452 layihəni əhatə edib. İnvestisiyaların 74%-i özəl sektora ayrılıb. Bankın əməliyyat portfeli isə 46,1 milyard avro olub və bu vaxta qədər 72 layihə üzrə qadınlar, gənclər və inkişafdan qalmış regionlarda olan insanlara yardımlar edilib.

EBRD-nin ötən il dünyada dəstəklədiyi layihələrin 139-na yerli valyutada vəsait ayrılıb. Ümumilikdə isə ötən il Bankın içməli su və çirkab suları ilə bağlı layihəsindən 2,87 milyon insan, şəhər nəqliyyatının yaxşılaşdırılması layihələrindən hər gün 1,24 milyondan çox sərnişin, aqrobiznes məsləhət xidmətlərindən isə 5 291 benefisiar yararlanıb.