EBRD-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri dəyişib

EBRD-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri dəyişib Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Türkiyədəki nümayəndəliyinə yeni rəhbər təyin edilib.
Maliyyə
8 Noyabr , 2021 15:39
EBRD-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri dəyişib

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Türkiyədəki nümayəndəliyinə yeni rəhbər təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifəyə Türkiyə vətəndaşı Mehmet Uvez gətirilib.

O, bu vəzifədə ölkə vətəndaşı Baris Dinceri əvəz edib.

M.Uvez EBRD prezidenti Odil Renaud-Bassonun bu günlərdə Türkiyəyə səfəri zamanı ölkə hakimiyyətinə təqdim edilib, gələn ilin yanvar ayında vəzifəsinin icrasına başlayacaq. O, maliyyə sektorunda 20 illik təcrübəyə malikdir, 2015-ci ildən EBRD-də çalışır.

Son xəbərlər

Orphus sistemi