EBRD-nin Rusiyaya investisiya qoyuluşunun dayandırılması ilə bağlı qərarı qüvvədə qalıb

EBRD-nin Rusiyaya investisiya qoyuluşunun dayandırılması ilə bağlı qərarı qüvvədə qalıb Azərbaycan bununla bağlı keçirilən müzakirələrdə bitərəf mövqe tutub
Maliyyə
10 May , 2017 17:32
EBRD-nin Rusiyaya investisiya qoyuluşunun dayandırılması ilə bağlı qərarı qüvvədə qalıb

Bakı. 10 may. REPORT.AZ/ Belarus, Qırğızıstan, Ermənistan və Monqolustan Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Rusiyaya investisiya qoyuluşundan imtina etməsi ilə bağlı qərarın əleyhinə çıxıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Rusiya EBRD-nin İdarə Heyətinin iclasında Bankın öz nizamnaməsini pozaraq bu ölkəyə investisiya qoyuluşunun dayandırılması məsələsi ilə bağlı narazılığını bildirib. Lakin səsverməyə qatılanlardan yalnız adı çəkilən 4 ölkənin nümayəndələri rəsmi Mosvanı dəstəkləyiblər.

Xatırladaq ki, EBRD-nin səhmdarları Rusiyadakı yeni layihələrə yatırımların “dondurulması” barədə qərarı 2014-cü ilin iyul ayında qəbul ediblər. Buna səbəb ABŞ və Avropa tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar, yaranmış geosiyasi vəziyyət olub. Bu gün Kiprdə keçirilmiş müzakirələrdə Rusiya qərarın ləğvi barədə məsələ qaldırıb. Bununla bağlı Bankın prezidenti Suma Çakraboti bildirib ki, iclasa qatılanların əksəriyyəti bu qərarın qanuni olmasına səs verib.

“Əksər ölkələr səsverməyə qatılmayıb. Azərbaycan və Özbəkistan səsvermədə bitərəf qalıb, Belarus, Qırğızıstan, Ermənistan və Monqolustan isə Rusiyanın tərəfində olub”, - iclas iştirakçılarından biri bildirib.

Son xəbərlər

Orphus sistemi