EBRD-nin Azərbaycandakı cari portfeli 27 mln. avro azalıb

EBRD-nin Azərbaycandakı cari portfeli 27 mln. avro azalıb Bank hazırda Azərbaycanda 56 aktiv layihədən ibarət portfelə malikdir
Maliyyə
13 mart 2017 10:24
EBRD-nin Azərbaycandakı cari portfeli 27 mln. avro azalıb

Bakı. 13 mart. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycan üçün indiyədək ayırdığı vəsaitlərin ümumi həcmi 2016-cı ilin dekabr ayı ərzində 38 mln. avro yaxud 1,43% azalaraq 2017-ci il fevralın 1-nə 2 622 mln. avroya düşüb.

“Report”un məlumatına görə, bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə dəyişməyib və öncəki ay olduğu kimi 161-dir. Bunun strukturunda özəl sektorun payı da dəyişməyib və 52% olaraq qalıb.

Məlumata görə, Azərbaycanın banka ödənişlərinin həcmi 29 mln. avro yaxud 1,52% azalaraq 1 877 mln. avroya düşüb.

EBRD-nin Azərbaycandakı əməliyyat aktivləri isə 17 mln. avro və yaxud 2,90% azalaraq 570 mln. avroya düşüb.

Bankın ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfel isə 27 mln. avro yaxud 2,80% azalaraq 939 mln. avroya bərabər olub.

Qeyd edək ki, EBRD Azərbaycanda 56 aktiv layihədən ibarət portfelə malikdir.

Son xəbərlər

Orphus sistemi