EBRD-nin Azərbaycandakı cari layihə portfelinin həcmi 50 mln. avro azalıb

EBRD-nin Azərbaycandakı cari layihə portfelinin həcmi 50 mln. avro azalıb Verilmiş borclarda özəl sektorun payı 1 faiz bəndi azalaraq 50%-ə düşüb
Maliyyə
3 Avqust , 2017 13:43
EBRD-nin Azərbaycandakı cari layihə portfelinin həcmi 50 mln. avro azalıb

Bakı. 3 avqust. REPORT.AZ/ Bu ilin iyun ayında Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycana ayırdığı vəsaitlərin ümumi həcmi 36 mln. avro və yaxud 1,43% azalaraq iyulun 1-nə 2,484 mlrd. avro təşkil edib.

“Report”un məlumatına görə, verilmiş borclarda özəl sektorun payı 1 faiz bəndi azalaraq 50%-ə düşüb.

Bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin sayı isə 161 olaraq qaılıb. 

İyunda Azərbaycanın EBRD-yə ödənişlərinin həcmi 17 mln. avro və yaxud 0,91% azalaraq 1,853 mlrd. avroya düşüb. Bankın Azərbaycandakı əməliyyat aktivləri isə 34 mln. avro və yaxud 5,74% azalaraq 558 mln. avro olub.

Hesabat dövründə EBRD-nin ölkədə maliyyələşdirdiyi layihələr üzrə cari portfelin həcmi isə 50 mln. avro, yaxud 5,73% azalaraq 823 mln. avroya düşüb.

EBRD-nin Azərbaycandakı aktiv layihə portfelində də azalma qeydə alınıb. Belə ki, bu layihələrin sayı 3 ədəd və yaxud 5,56% azalaraq 51-ə bərabər olub.

Son xəbərlər

Orphus sistemi