Bakı. 30 yanvar. REPORT.AZ/ Bu ilin mayın 14-15-də Avropa Yenidənqurma və inkişaf Bankının (EBRD) Tbilisidə (Gürcüstan) 24-cü illik toplantısı və biznes forumu keçiriləcək. "Report"un məlumatına görə, tədbirdə EBRD-nin prezidenti Sir Suma Çakrabarti (Sir Suma Chakrabarti) və üzv ölkələrin hökumət və dövlət rəsmiləri iştirak edəcəklər.
Xatırladaq ki, forumla bağlı razılıq ötən il Davos Forumu çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili və EBRD prezidenti Sir Suma Çakrabarti (Sir Suma Chakrabarti) arasında baş tutan görüşdə əldə edilib.