EBRD Azərbaycanın qonşularına 45 milyon avro kredit ayırıb

EBRD Azərbaycanın qonşularına 45 milyon avro kredit ayırıb EBRD Azərbaycanın qonşularına 45 milyon avro kredit ayırıb
Maliyyə
28 İyul , 2020 14:42
EBRD Azərbaycanın qonşularına 45 milyon avro kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Türkiyə və Gürcüstana birlikdə 45 milyon avro kredit ayırıb.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, həmin vəsaitin 5 milyon avroluq hissəsi Gürcüstanın Bakurianı bölgəsində infrastrukturun və xidmətlərin yaxşılaşdırılması üçün yönəldiləcək. 

Belə ki, Bakuriani, xüsusən də Borjomi bələdiyyəsi ərazisində ictimai nəqliyyat və xidmət sektorunda keyfiyyət artırılacaq.

Bundan əlavə, küçələrdə qar və zibillərin təmizlənməsi üçün çoxməqsədli avtomobillərin və 10 ədəd müasir sərnişin avtobusunun alınması nəzərdə tutulur.

EBRD-nin Türkiyədəki “AKBank”ın törəməsi olan “AKLease” şirkəti üçün ayırdığı 40 milyon avro isə bu şirkətin maliyyə dayanıqlığını artırılmasına kömək edəcək. Vəsait həmçinin “AKLease”nin orta müddətdə koronavirus (COVID-19) pandemiyasının mənfi nəticələrindən qorunmasına imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi