EBRD Azərbaycanın Şərqi Avropa və Qafqaz regionu ölkələri arasında üstünlüklərini açıqlayıb

EBRD Azərbaycanın Şərqi Avropa və Qafqaz regionu ölkələri arasında üstünlüklərini açıqlayıb Azərbaycan ÜDM-inin artım tempinin 2022-ci ildə 4,5 %, 2023-cü ildə isə 2,5 % olacağı proqnozlaşdırılır.
Maliyyə
10 May , 2022 16:44
EBRD Azərbaycanın Şərqi Avropa və Qafqaz regionu ölkələri arasında üstünlüklərini açıqlayıb

Azərbaycan ÜDM-inin artım tempinin 2022-ci ildə 4,5 %, 2023-cü ildə isə 2,5 % olacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Regional İqtisadi Perspektivlərin Yenilənməsi” (Regional Economic Prospects Update) barədə hesabatının may sayında deyilir.

Əvvəlki (mart) hesabatı ilə müqayisədə EBRD bu il Azərbaycanda iqtisadi artım proqnozunu 0,5 faiz bəndi azaldıb, 2023-cü il üçün isə dəyişməz saxlayıb.

“Enerji daşıyıcılarının qiymətinin artması, çox güman ki, ən azı qısamüddətli perspektivdə Azərbaycanda iqtisadi artımı dəstəkləyəcək. Güclü ixrac gəlirlərinin qeyri-enerji sektorlarını yüksək artım tempində saxlayacağı gözlənilir, hərçənd kənd təsərrüfatı məhsullarının Rusiya və Ukraynaya ixracına zərər dəyə bilər. Ortamüddətli perspektivdə yüksək inflyasiyanın sabit məzənnə ilə birləşməsinin qeyri-neft sektorunda rəqabət qabiliyyətinin itirilməsinə gətirib çıxara biləcəyi və iqtisadiyyatın zəruri şaxələndirilməsinə mane ola biləcəyi ilə bağlı ciddi risk qalmaqdadır”, - bankın hesabatında deyilir.

Hesabat müəllifləri qeyd edirlər ki, ərzaq qiymətlərinin yüksək olması inflyasiyanın 2022-ci ilin yanvar-mart ayları arasında illik orta hesabla 12,2 %-ə qədər sürətlənməsinə səbəb olub. Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin əvvəlindən yenidən maliyyələşdirmə dərəcəsini beş dəfə artıraraq 2022-ci ilin martında 7,75 %-ə çatdırıb.

EBRD hesab edir ki, 2021-ci ildə Azərbaycanda iqtisadiyyatın bərpası qeyri-enerji sektorları hesabına baş verib, iqtisadiyyatın qeyri-karbohidrogen hissəsi 2021-ci ildə 7,2 %-lik artım göstərib, o cümlədən də xidmətlər və istehsal sahələri hesabına: “Buna baxmayaraq, 5,6 % səviyyəsində olan ümumi ÜDM artımı gözləntiləri üstələsə də, OPEC+ çərçivəsində neft hasilatı kvotaları fonunda neft hasilatının məhdudlaşdırılması ilə yavaşlayır. Tələbata gəlincə, istehlakda bərpa güclü olub, lakin investisiyalar 7,3 % azalıb. Karbohidrogenlərin üstünlük təşkil etdiyi ixrac 2021-ci ildə real ifadədə 17 % artıb, neft və qaza tələbat və onların qiymətlərin artması isə xeyli xarici “əlavələr”ə səbəb olub. 2022-ci ilin birinci rübündə ÜDM artımı illik müqayisədə 6,8 %-ə qədər sürətlənib”.

EBRD vurğulayıb ki, hazırda müharibə şəraitində olan Ukraynanın iqtisadiyyatı ilə yanaşı, Şərqi Avropa və Qafqaz (EEC) regionunun digər ölkələri də ticarətin pozulmasından, yüksək enerji və taxıl qiymətlərindən, qaçqın axınından və beynəlxalq maliyyə bazarlarına çıxışın məhdudluğundan əziyyət çəkir.

“Ukraynadakı müharibənin təsirləri inflyasiyanın yüksək səviyyədə saxlanmasına, səbəb olacaq, ev təsərrüfatlarının büdcələrinə və dövlət maliyyəsinə təzyiq göstərəcək. Bu regionda Ermənistan və Gürcüstanın Rusiya, Ukrayna və Belarusa ixracat payı yüksəkdir. Onları 2022-ci ildə ciddi azalma gözləyir.

Gürcüstan Rusiya və Ukraynadan gələn turist axınının azalmasından da zərər görə bilər ki, bu da onsuz da zərər çəkmiş qonaqqarşılama (hospitality) sənayesinə böyük təsir göstərəcək, Ermənistan isə Rusiyadan pul köçürmələrinin əhəmiyyətli dərəcədə azalması səbəbindən həssas vəziyyətdədir. Moldovanın kövrək iqtisadiyyatı ukraynalı qaçqınların axını qarşısında güclə tab gətirir və zəif enerji dayanıqlığından əziyyət çəkir.

Azərbaycan əsas karbohidrogen ixracatçısı və Avropaya potensial alternativ (Rusiya ilə müqayisədə) qaz tədarükçülərindən biri olduğuna görə, ən azı qısamüddətli perspektivdə enerji sektorundakı cari artımlardan faydalana biləcək yeganə region ölkəsidir. Qısamüddətli perspektivdən savayı, mümkün post-münaqişə ssenarilərinin iqtisadi təsirini qiymətləndirmək hazırda çətindir, lakin onlar regiondakı geosiyasi proseslərə çox həssasdır”, - hesabatda deyilir.

Son xəbərlər

Orphus sistemi