EBRD Azərbaycanda törəməsi olan Gürcüstan bankında payını azaldıb

EBRD Azərbaycanda törəməsi olan Gürcüstan bankında payını azaldıb Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gürcüstanın aparıcı bankı sayılan “TBC Bank”ın əsas səhmdarı – “TBC Bank Group”dakı payını 8%-dən 5%-ə endirib.
Maliyyə
218
5 Dekabr , 2020 10:59
EBRD Azərbaycanda törəməsi olan Gürcüstan bankında payını azaldıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gürcüstanın aparıcı bankı sayılan “TBC Bank”ın əsas səhmdarı – “TBC Bank Group”dakı payını 8 %-dən 5 %-ə endirib.

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunun üçün Avropa bankı Gürcüstan holdinqinin 1,65 milyon ədəd səhmini London Fond Birjasında adı açıqlanmayan investora satıb.

Xatırladaq ki, EBRD “TBC Bank Group”un səhmlərini 2009-cu ildə Bankın kapitallaşmasına və böyüməsinə dəstək vermək məqsədi ilə alıb, 2012-ci ildə digər beynəlxalq maliyyə qurumları ilə birlikdə bu səhmlərin Londonda ilkin kütləvi tədavülündə (IPO) iştirak edib.

“TBC Bank”ın əldə etdiyi uğurlar artıq bizə buradakı payımızı azaltmağa imkan verir. Amma Bankın gələcək inkişafında fəal iştiraka davam edirik”, - deyə Avropa bankının maliyyə institutları üzrə icraçı direktoru Fransiz Malic bildirib.

Bu il oktyabrın 1-nə “TBC Bank”ın aktivləri 6,3 milyard ABŞ dolları təşkil edib ki, bu da Gürcüstanın bank sektorunun aktivlərinin 38,6 %-i qədərdir. Bankın səhmlərinin 99,9 %-nə “TBC Bank Group”, qalan 0,1 %-nə isə fziki şəxslər nəzarət edir. Holdinqin səhmdarları arasında isə EBRD ilə yanaşı, Mamuka Xazaradze (8,6 %) və Badri Caparidze (6 %) də var.

“TBC Bank” Azərbaycanda da fəaliyyət göstərir. Bank ölkəmizdə, 100 % təsisçisi olduğu “TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi