EBRD Azərbaycan şirkətinə 10 milyon ABŞ dollarından artıq kredit ayırıb

EBRD Azərbaycan şirkətinə 10 milyon ABŞ dollarından artıq kredit ayırıb Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın keramik plitələr və ev abadlaşdırma məhsullarının pərakəndə satıcısı “Akabe” MMC-yə 10,6 milyon ABŞ dolları (9,8 milyon avro) məbləğində kredit təminatı verib.
Maliyyə
12 İyun , 2020 16:38
EBRD Azərbaycan şirkətinə 10 milyon ABŞ dollarından artıq kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın keramik plitələr və ev abadlaşdırma məhsullarının pərakəndə satıcısı “Akabe” MMC-yə 10,6 milyon ABŞ dolları (9,8 milyon avro) məbləğində kredit təminatı verib.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, layihənin əsas məqsədi şirkətə qısamüddətli kreditlərinin yenidən maliyyələşdirilməsi ilə balansın yenidən təşkili, dövriyyə kapitalının artırılması, çətin bazar şərtlərinə uyğunlaşması, anbar və köməkçi obyektlərin inşası üçün maliyyələşdirməni təmin etməkdir.

Bundan başqa, ətraf mühit, sosial, sağlamlıq və təhlükəsizlik idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsi, kadr prosedurlarının nəzərdən keçirilməsi və yenilənməsi də daxil olmaqla Bankın fəaliyyət tələblərinə dair bütün aspektləri əhatə edən Ətraf Mühit və Sosial Fəaliyyət Planı (ESAP) hazırlanıb və razılaşdırılıb.

Qeyd edək ki, layihənin ümumi dəyəri 13,3 milyon ABŞ dolları təşkil edir. Onun 80%-i EBRD-nin Səhmdarının Xüsusi Fondu tərəfindən, 20%-i isə şirkət tərəfindən maliyyələşdiriləcək.

Son xəbərlər

Orphus sistemi