​“Dəmirbank” tələbələr üçün kredit kampaniyası keçirir

​“Dəmirbank” tələbələr üçün kredit kampaniyası keçirir Aksiya sentyabrın 15-dək davam edəcək
Maliyyə
21 Avqust , 2014 15:55
​“Dəmirbank” tələbələr üçün kredit kampaniyası keçirir
Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycanın “Dəmirbank” ASC tələbələr üçün yeni xidmətlər təklif edir. Bu il Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlər üçün xüsusi aksiya hazırlanıb. Bu barədə “Report”a “DəmirBank”ın baş ofisindən məlumat verilib.

“Təhsilli gənclər” adlanan aksiya çərçivəsində 0% komissiya və illik 20%-lə “Dəmirbank”dan kredit əldə etməklə təhsil haqlarının ödənişini həyata keçirmək mümkündür. Aksiyanın şərtlərinə görə, təhsil xərclərini ödəyəcək şəxslər üçün kredit maksimum 7 min manatadək, 12-36 ay müddətə təqdim edir. Aksiya sentyabrın 15-dək davam edəcək.

Xatırladaq ki, ölkənin ilk kommersiya banklarından olan “Dəmirbank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiyanın İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bank "Fitch Ratings" agentliyinin “stabil” proqnozlu “B” və "Planet Rating" agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Son xəbərlər

Orphus sistemi