​“Dəmirbank” tender keçirir

​“Dəmirbank” tender keçirir Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycanın “Dəmirbank” ASC server otağının yenilənməsi məqsədi ilə açıq tender elan edib. Bu barəd...
Maliyyə
27 Avqust , 2014 10:57
​“Dəmirbank” tender keçirir
Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycanın “Dəmirbank” ASC server otağının yenilənməsi məqsədi ilə açıq tender elan edib. Bu barədə “Report”a bankın baş ofisindən məlumat verilib.

Tender “Dəmirbank”ın Məlumat Emalı Mərkəzinin (MEM) server otağının yenilənməsi məqsədi ilə keçirilir. Təkliflər sentyabrın 1-dək elektron formada və ya kağız daşıyıcısı üzərində təqdim edilməlidir.

MEM üçün 72 kv. metr sahə ayrılıb, bundan maşın zalı üçün minimum 50 kv. metr nəzərdə tutulub. Bununla yanaşı, Mərkəzdə vestibül və UPS üçün sahələrin də olması gözlənilir. Nəzərdə tutulmuş mərtəbənin hündürlüyü 3 metrdir.

MEM layihəsi çərçivəsində 8 ədəd avadanlıq rəfi, (42U) 12 rəfə kimi artırılması şərti ilə quraşdırılması nəzərdə tutulur.

Tenderdə iştirak etmək istəyən iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları, oxşar layihələrdə ən azı 5 illik təcrübəsi, ən azı 5 oxşar layihənin (server otaqlarının qurulub təhvil verilməsi) təcrübəsi və server otağı (Data Center) qurulması üzrə beynəlxalq sertifikatlı mütəxəssisləri olmalıdır.

Son xəbərlər

Orphus sistemi