​"DəmirBank" 25 illiyini qeyd edir

​"DəmirBank" 25 illiyini qeyd edir Sentyabr 1-nə Bankın aktivləri 425 mln. manatı ötüb
Maliyyə
13 Oktyabr , 2014 15:21
​DəmirBank 25 illiyini qeyd edir
Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Dəmirbank" ASC yaradılmasının 25 illiyini qeyd edir. Bank 1989-cu ilin oktyabr ayında təsis olunmuş ölkənin ilk kommersiya banklarındandır. Hazırda Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

"Report"un məlumatına görə, 2004-cü ildə “Fitch” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, "Dəmirbank" ölkədə beynəlxalq reytinq alan ilk bank olub. Bank “Fitch Ratings” və “Planet Rating” agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqinə malikdir.

Sentyabr 1-nə olan məlumata görə, "Dəmirbank"ın aktivləri 425,3 mln. manat, kredit portfeli 321,6 mln. manat, depozit portfeli isə 187,9 mln. manat, o cümlədən, fiziki şəxslərin müddətli əmanətləri 160,5 mln. manat təşkil edib.

"Dəmirbank" kreditləşmə və ticarət maliyyələşdirilməsi proqramları üzrə EBRD, ADB, IFC, FMO, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası və s. beynəlxalq maliyyə təşkilatları, eləcə də Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə əməkdaşlıq edir.

Bu gün "Dəmirbank" 13-ü Bakıda, 20-si isə bölgələrdə yerləşən geniş filial şəbəkəsi vasitəsilə müştərilərə hesablaşma-kassa xidmətləri, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi, akkreditiv və zəmanətlərin açılması, lizinq xidmətləri, klirinq əməliyyatları, plastik kartların emissiyası, təcili pul köçürmələri, inkassasiya, bank seyflərinin icarəsi, İnternet-Bank, SMS-Bank, Telefon-Bank və s. xidmətlər təklif edir.

Son xəbərlər

Orphus sistemi