Dünyanın ən böyük iqtisadiyyatları 8,7 trilyon dollarlıq xəzinə istiqrazlarını yeniləyib

Dünyanın ən böyük iqtisadiyyatları 8,7 trilyon dollarlıq xəzinə istiqrazlarını yeniləyib Bu il dünyanın ən böyük iqtisadiyyatları ödəmə müddəti başa çatan 8,7 trilyon dollarlıq xəzinə istiqrazlarının ödəmə müddətini yeniləyib.
Maliyyə
3 Yanvar , 2020 10:36
Dünyanın ən böyük iqtisadiyyatları 8,7 trilyon dollarlıq xəzinə istiqrazlarını yeniləyib

Bu il dünyanın ən böyük iqtisadiyyatları ödəmə müddəti başa çatan 8,7 trilyon dollarlıq xəzinə istiqrazlarının ödəmə müddətini yeniləyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu rəqəm də investorların dövlət istiqrazlarına olan tələbatını ödəməyəcək.

Məlumata görə, G-7 ölkələrində və bəzi inkişaf etmək də olan ölkələrdə daxili borclanmanın ümumi miqdarı 5 il əvvələ nisbətən 25% artıb.

Qeyd edək ki, bazarların yenidən maliyyələşdirmə ehtiyacına görə ABŞ 4,87 trilyon dollarla birinci, Yaponiya 1,92 trilyon dollarla ikinci yeri tutur. Üçüncü yerdəki Çinin payı bu il təxminən 44,5% azalaraq 351 mlrd dollara düşəcək.

Beynəlxalq investisiya şirkətlərinin ekspertlərinə görə, bu il ABŞ-ın Federal Ehtiyatlar Sistemi və Avropa Mərkəzi Bankı (ECB) istiqraz alışlarının xalis tədarükünü 40% azaldaraq son iki ilin ən aşağı həddinə çatacaq.

Son xəbərlər

Orphus sistemi