Dünyanın ən borclu 10 ölkəsinin adı açıqlanıb

Dünyanın ən borclu 10 ölkəsinin adı açıqlanıb G20-də ən az borc yükü Rusiyadadır
Maliyyə
17 İyul , 2017 15:10
Dünyanın ən borclu 10 ölkəsinin adı açıqlanıb

Bakı. 17 iyul. REPORT.AZ/ Qlobal borcun həcmi inanılmaz templə artmaqda davam edir. 

"Report" "Qazeta.ru" saytına istinadən xəbər verir ki, borc problemi dünyanın mərkəzi banklarının iqtisadiyyata likvidlik verilməsini dayandırması, həmçinin xammal qiymətlərinin azalması ilə daha da dərinləşib. 

"Fitch" Beynəlxalq Reytinq Agentliyinin hesabatına görə, artan borc yükü maliyyə sabitliyinə təhlükə yaradır. Agentlik ekspertlərinin fikrincə, onun qiymətləndirdiyi ölkələrin 20%-dən çoxu 2017-ci ilin sonuna maksimal Borc/ÜDM əmsalına sahib olacaq.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin "CIA World Factbook" hesabatında ən yüksək Borc/ÜDM əmsalına sahib olan 10 ölkənin reytinqi açıqlanıb. Qeyd edək ki, reytinqdə üst sıralarda yer alan ölkələr əsasən borclarının yüksək olmasına görə deyil, ÜDM-in az olması səbəbindən siyahıda liderlik edir. Belə ki, siyahıda ilk yeri 234,7% Borc/ÜDM nisbətinə sahib olan Yaponiya tutur. İkinci sırada 181,6%-lə Yunanıstan, 3 və 4-cü sıranı isə 132,5% nisbəti ilə Livan və İtaliya bölüşür. Sonrakı yerləri Yamayka (130,1%), Portuqaliya (126,2%), Eritreya (119,8%), Kabo-Verde (116,8%), Sinqapur (110,5%) və Qrenada (110%) tutur.

ABŞ-da analoji göstərici 106,7%-dir. "Trading Economics"in hesabatına görə, G20 ölkələri arasında ən aşağı borc yükü əmsalı Rusiyadadır (17%).

Son xəbərlər

Orphus sistemi