Dünyanın ən bahalı bank brendləri müəyyənləşib - TOP-10

Dünyanın ən bahalı bank brendləri müəyyənləşib - TOP-10 Liderliyi ​Çinin ICBC bankı ələ keçirib
Maliyyə
7 Fevral , 2017 12:20
Dünyanın ən bahalı bank brendləri müəyyənləşib - TOP-10

Bakı. 7 fevral. REPORT.AZ/ Çinin Ticarət-Sənaye Bankı (İCBC) ilk dəfə olaraq dünyada ən bahalı bank brendi elan edilib. 

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, B.Britaniyanın "Brand Finance" analitika agentliyinin araşdırmasında belə deyilir.

Hesablamalara əsasən, 2017-ci ildə İCBC brendinin bazar dəyəri 47,8 mlrd. dollara çatıb. Çin nəhəngi bu göstərici ilə əvvəlki lider - ABŞ-ın "Wells Fargo" (41,6 mlrd. dollar) bankını geridə qoyub.

Qeyd olunur ki, İCBC brend qiyməti bahalaşan yeganə Çin bankı deyil. Həmçinin, Çin Tikinti Bankı (CCB) və Çin Bankının (BoC) brend dəyəri də müvafiq olaraq 17% və 13% artıb. Çin Tikinti Bankı "Wells Fargo"dan sonra 41,4 mlrd. dollarla üçüncü yerdə qərarlaşıb.

Dünyanın ən bahalı 10 bank brendinə "Chase", "Bank of China", "Bank of America", Çin Kənd Təsərrüfatı Bankı, "Citi", Britaniyanın HSBC və İspaniyanın "Santander" bankları daxildir. 

Son xəbərlər

Orphus sistemi