Dünyada yoxsulluq həddində yaşayan insanların sayı 7,3 dəfə artacaq

Dünyada yoxsulluq həddində yaşayan insanların sayı 7,3 dəfə artacaq Koronavirus (COVID-19) epidemiyasının yaratdığı iqtisadi durğunluq səbəbi ilə dünya miqyasında yoxsulluq həddində yaşayan insanların sayı 1 milyarda çata bilər.
Maliyyə
226
9 Aprel , 2020 13:22
Dünyada yoxsulluq həddində yaşayan insanların sayı 7,3 dəfə artacaq

Koronavirus (COVID-19) epidemiyasının yaratdığı iqtisadi durğunluq səbəbi ilə dünya miqyasında yoxsulluq həddində yaşayan insanların sayı 1 milyarda çata bilər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərənin xeyriyyə təşkilatı “Oxfam”ın hesabatında bildirilib.

Təşkilatın hesabatında qeyd edilib ki, bu il dünya miqyasında gündəlik gəliri 1,90 ABŞ dollarından az olan və ya "həddindən artıq yoxsul” olaraq qəbul edilən insanların sayı 488 milyon və ya təxminən 2,2 dəfə artaraq 922 milyona çatacaq. Bundan başqa gündəlik gəliri 5,5 ABŞ dollarından az olan və ya yoxsulluq həddində yaşayan insanların sayı isə 3,452 milyard və ya 7,3 dəfə artaraq 4 milyard insana çatacaq.

Qeyd olunub ki, yoxsulluq səviyyəsinin artmasından ən çox sosial hüququ olmayan və inkişaf etməmiş ölkələrdə qeyri-rəsmi işləyən insanlar əziyyət çəkəcək.

Belə ki, dünyada 2 milyard işçinin qeyri-rəsmi işlədiyi və bu insanların xəstəlik məzuniyyəti, sığorta və sosial təminatları olmadığı bildirilir. Bu vəziyyətdən çıxmaq üçün isə inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrə ən azı 2,5 trilyon ABŞ dolları məbləğində yardım ayrılmalı olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi