Bakı. 1 fevral. REPORT.AZ/ Rusiyada dünyada ilk dəfə olaraq bankir və maliyyəçilər üçün sosial şəbəkə - Bankir.com istifadəyə verilib.
"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Saytda qeydiyyatdan keçmək və şəbəkənin iştirakçısı olmaq üçün daxil edilən şəxsi məlumatların tanış və ya iş yoldaşları tərəfindən təsdiq edilməsi tələb olunur. Saytın yaradıcısı Filip İlin-Adayev bildirib ki, ideya 6-7 il bundan əvvəl yaranıb. Saytın yaradılmasında əsas sifarişçi yeni işçilər axtarmaq üçün alət axtaran HR direktorlarıdır.
Saytda ilk gündə 1,5 min maliyyəçi qeydiyyatdan keçib. Təsisçilər iliin sonuna istifadəçilərin 100 mini keçəcəyini düşünürlər.
Gələcəkdə portalın mobil versiyası da istifadəyə veriləcək.