Dünyada ən böyük təzminat alan CEO vəfat etdi

Dünyada ən böyük təzminat alan CEO vəfat etdi ABŞ-ın “General Electric” korporasiyasının əfsanəvi prezidenti və keçmiş baş direktoru (CEO) Cek Velk 84 yaşında vəfat edib.
Maliyyə
3 mart 2020 06:24
Dünyada ən böyük təzminat alan CEO vəfat etdi
Cek Velk / CNBC.com

ABŞ-ın “General Electric” korporasiyasının əfsanəvi prezidenti və keçmiş baş direktoru (CEO) Cek Velk 84 yaşında vəfat edib. 

“Report” xarici mətbuata istinadən xəbər ki, bu barədə C.Velkin həyat yoldaşı məlumat verib.

Onun sözlərinə görə, “General Electric”i dünyanın ən bahalı şirkəti etmiş keçmiş CEO böyrək çatışmazlığından dünyasını dəyişib. 

Xatırladaq ki, C.Velik şirkətə rəhbərlik etdiyi 1981-2001-ci illərdə onun bazar dəyərini 4 000% yüksəldib. O, 2001-ci ildə təqaüdə çıxdığı zaman iş dünyası tarixində ən böyük ödəniş -  417 milyon ABŞ dolları təzminat alıb.

Son xəbərlər

Orphus sistemi