Dünyada borcların ümumi məbləği rekord həddədir

Dünyada borcların ümumi məbləği rekord həddədir Bakı. 14 dekabr. REPORT.AZ/ Dünyada 2017-ci ildə dövlət və özəl borcların ümumi məbləği 184 trilyon ABŞ dolları təşkil edib.
Maliyyə
14 Dekabr , 2018 12:37
Dünyada borcların ümumi məbləği rekord həddədir

Bakı. 14 dekabr. REPORT.AZ/ Dünyada 2017-ci ildə dövlət və özəl borcların ümumi məbləği 184 trilyon ABŞ dolları təşkil edib.

“Report” Beynəlxalq Valyuta Fondunun icmal sənədinə istinadən xəbər verir ki, bu məbləğ dünya ÜDM-nin 225 faizinə bərabərdir.

Ümumi borcların adambaşına məbləği 86 min dollardan çoxdur ki, bu da adambaşına düşən gəliri 2,5 dəfədən artıq üstələyir.

Ən böyük borc alan ölkələr olan ABŞ, Çin və Yaponiyanın payına bütün borcların yarısından çoxu düşür. Həmin məbləğ onların ümumdünya istehsalatındakı payından çoxdur.

BVF-nun sənədi 190 ölkənin statistik məlumatlarına əsaslanır.

İngilis versiyası Global debt hits record

Son xəbərlər

Orphus sistemi