​Dünya neft bazarında qiymət dəyişikliyinin Azərbaycan iqtisadiyyatına təsiri - TƏHLİL

​Dünya neft bazarında qiymət dəyişikliyinin Azərbaycan iqtisadiyyatına təsiri - TƏHLİL "Report": Dünya bazarında neftin qiyməti yayda 75-80 dollar/barelə çata bilər
Maliyyə
24 Aprel , 2015 17:02
​Dünya neft bazarında qiymət dəyişikliyinin Azərbaycan iqtisadiyyatına təsiri - TƏHLİL

Bakı. 24 aprel. REPORT.AZ/ Dünya bazarında "Brent" markalı neftin qiymətinin yay aylarında 75-80 dollar/barel səviyyəsinə qədər yüksəlməsi gözlənilir. Bunu proqnozlaşdıran "Report" agentliyinin analitik qrupu qeyd edir ki, artıq bu gün qiymət 65 dollar/barel həddini keçib.

Agentliyin analitikləri hesab edirlər ki, neftin bahalaşması neft gəlirləri artacaq Azərbaycanın iqtisadiyyatına müsbət təsir edəcək. Eyni zamanda, bu, milli valyutanın möhkəmlənməsinə səbəb olacaq ki, nəticədə idxalın artması üçün əlavə stimul yaranacaq.

Bunları nəzərə alaraq ölkədə qeyri-neft ixracı gücləndirilməli və turizm sektoru mütləq inkişaf etdirilməlidir. Hazırda Azərbaycanın kifayət qədər valyuta ehtiyatı olsa da, insanlar bu ehtiyatın tədricən azaldığını görərək xarici valyutaya investisiyalarını davam etdirir və bütün cari əlavə xərclərini minimuma endirib. Nəticədə istehsal və xidmət sektorunda dövriyyə məhdudlaşır. Belə olan halda dövlət investisiyalarının üzərinə əlavə yük düşür - iqtisadi böhranla üzləşməmək üçün dövlətin investisiya təyinatlı xərcləri kəsilməməlidir. Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsində investisiya xərcləri, yəni əsaslı xərclər 9 366 mln. manat həcmində nəzərdə tutulub. Ötən il isə dövlət əsaslı vəsait qoyuluşu 8 400,5 mln. manat proqnoza qarşı faktiki 6 259 mln. manat olub. Bu, ÜDM-də 10,6%-ə, büdcə xərclərində isə 33,5%-ə bərabərdir.

"Report"un apardığı hesablamalara əsasən, Dövlət Statistika Komitəsi 2015-ci ilin yanvar-fevral aylarında idxalda 42% artım olduğunu açıqlasa da, bu rəqəm daha çox devalvasiyadan öncəki dövrü əks etdirir. İlin qalan hissəsində xarici ticarət dövriyyəsində azalma (təxminən 30%), yəni iqtisadi aktivliyin düşməsi gözlənilir.

İdxaldakı azalmanın ÜDM-ə təsirini bir qədər kompensasiya etmək üçün əsaslı dövlət xərclərində qənaət maksimum azaldılmalıdır. Hazırda Dövlət Neft Fondundan büdcəyə transferlər milli valyutada artsa da, xarici valyutada devalvasiya səbəbindən azalıb.

Neftin dünya bazarında qiyməti 90 dollar/barel həddini keçərsə, ÜDM-də yenidən artım müşahidə oluna bilər. Lakin qiymətin bu həddə bir neçə il sonra çatması poqnozlaşdırılır.

"ÜDM-in artıma keçməsinin iki yolu var. İlk öncə real ÜDM azalmalıdır. Birinci varianta əsasən, bu azalma bir neçə ilə uzadıla bilər və sonra artım başlayacaq. İkinci varianta görə isə kəskin devalvasiya aparılmalıdır və bundan sonra iqtisadi artıma nail olunur. Azərbaycan hökumətinin hansı ssenariyə üstünlük verəcəyinin artıq bu il şahidi olacağıq", - "Report"un analitikləri bildirir.

Son xəbərlər

Orphus sistemi