Dünya milyarderlərinin ümumi sərvəti yenidən rekord vurub

Dünya milyarderlərinin ümumi sərvəti yenidən rekord vurub Bu il avqustun 1-nə dünyanın 2 189 ən varlı insanının ümumi sərvəti yenidən rekord vuraraq 10,2 trilyon ABŞ dollarına çatıb.
Maliyyə
7 Oktyabr , 2020 14:20
Dünya milyarderlərinin ümumi sərvəti yenidən rekord vurub

Bu il avqustun 1-nə dünyanın 2 189 ən varlı insanının ümumi sərvəti yenidən rekord vuraraq 10,2 trilyon ABŞ dollarına çatıb. Bu, 2017-ci ildə qeydə alınmış əvvəlki rekord göstərici ilə müqayisədə 14,6% çoxdur. 

“Report” xəbər verir ki, bu barədə İsveçrənin “UBS” investisiya bankının və Böyük Britaniyanın“Pricewaterhouse Coopers” (PwC) audit şirkətinin birgə hazırladığı "2020 Sərvət Hesabatı"da bildirilir. 

Sənədə əsasən, yeni rekord səhm bazarındakı bahalaşma ilə əlaqədardır.

Ümumi sərvətlə yanaşı, son 3 ildə milyarderlərin sayı da artıb - 1,4%. Bu ilin aprel-iyul ayları üzrə artım isə 27,5%-dir. 

Hesabat tarixinə milyarderlərin ümumi sərvətinin 1/3-i ABŞ-a aid olub. Növbəti yerlərdə isə Çin və Almaniya qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi