Dünya maliyyə bazarlarına bu həftə təsir edəcək göstəricilər açıqlanıb

Dünya maliyyə bazarlarına bu həftə təsir edəcək göstəricilər açıqlanıb Yanvarın 4-də FES-in 2017-ci il üçün monetar siyasət perspektivləri məlum olacaq
Maliyyə
19 Dekabr , 2016 19:35
Dünya maliyyə bazarlarına bu həftə təsir edəcək göstəricilər açıqlanıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Həftə sonu katolik Milad bayramı səbəbi ilə maliyyə bazarlarının bir qədər sakit hərəkət edəcəyi gözlənilir. 

"Report" xəbər verir ki, buna baxmayaraq, vacib iqtisadi xəbər və göstəricilərin də sayı az deyil. Belə ki, dekabrın 19-da Bakı saatı ilə 22.30-da ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Jannet Yellenin Baltimor Universitetində əmək bazarına dair çıxışı gözlənilir. Onun çıxışının dollara müsbət təsir edəcəyi ehtimal olunur. 

Bundan başqa, dekabrın 21-də ABŞ-da noyabr ayı təkrar mənzil bazarı göstəricisi, dekabrın 22-də noyabr ayı uzunmüddətli istifadə üçün mal sifarişləri və əhalinin gəlir və xərcləri barədə məlumat açıqlanacaq.

Ümumiyyətlə, yanvarın 4-də FES-in son iclasının protokollarının açıqlanması gözlənilir ki, bunun nəticəsində 2017-ci ildə monetar siyasətin perspektivləri aydın olacaq.

Həmçinin, dekabrın 20-də Yaponiya Mərkəzi Bankının növbəti iclasının yekunları açıqlanacaq. Bankın monetar siyasətini dəyişdirməsi proqnozlaşdırılmır.

Neft bazarında dekabrın 21-də ABŞ-ın neft ehtiyatları və dekabrın 23-də aktiv neft buruqlarının sayı barədə məlumat da önəmli olacaq. 

Son xəbərlər

Orphus sistemi