Dünya bazarında qızılın qiyməti 2% bahalaşıb

Dünya bazarında qızılın qiyməti 2% bahalaşıb Palladium isə 1,26% bahalaşaraq 818,19 dollara bərabər olub​.
Maliyyə
27 Dekabr , 2014 10:49
Dünya bazarında qızılın qiyməti 2% bahalaşıb

Bakı. 27 dekabr.REPORT.AZ/ Dekabrın 26-da Amerika fond bazarında Dow Jones indeksində 0,13% artım müşahidə edilib və 18 053,71 bənd təşkil edib, S&P 500 0,33% - 2 088,77 bəndədək, Nasdaq isə 0,17% - 4 773,47 bəndədək artıb.
"Report" xəbər verir ki, dekabrın 26-na olan məlumata görə Yeni il və "Merry christmas" bayramları ilə əlaqədar olaraq Avropa fond bazarında əsas birjalarda indekslər dəyişilməz qalıb. Belə ki, dekabrın 24-də olduğu kimi Birləşmiş Krallığa məxsus FTSE 100 indeksi 6 609,93 bənd, Almaniya DAX-ı 9 922,11 bənd, Fransa CAC-40-ı isə 4 295,85 bənd olub.
Məlum bayramlarla əlaqədar olaraq dünya bazarında avronun dollara qarşı məzənnəsi də dəyişilməz qalıb və hazırda 1 avro 1,2219 dollar təşkil edir.

Avrodan fərqli olaraq qiymətli metal ticarətində canlanma müşahidə edilir. Belə ki, bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,93% bahalaşaraq 1 196,10 dollar, gümüş 2,39% bahalaşaraq 16,09 dollara, platinium 2,12% bahalaşaraq 1 217,25 dollara, palladium isə 1,26% bahalaşaraq 818,19 dollara bərabər olub.

Son xəbərlər

Orphus sistemi