​Dünya bazarında qızıl yenidən ucuzlaşıb

​Dünya bazarında qızıl yenidən ucuzlaşıb Avronun dollara qarşı məzənnəsi isə bir qədər artıb
Maliyyə
30 Oktyabr , 2015 09:36
​Dünya bazarında qızıl yenidən ucuzlaşıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Oktyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,13% ucuzlaşaraq 17 755,80 bənd, S&P 500 0,04% azalaraq 2 089,41 bənd, Nasdaq isə 0,42% geriləyərək 5 074,27 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,65% ucuzlaşaraq 6 395,80 bənd, Fransa CAC-40-ı 0,10% azalaraq 4 885,82 bənd, Almaniya DAX-ı isə 0,29% geriləyərək 10 800,84 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 12,70 dollar yaxud 1,10% ucuzlaşaraq 1 147,50 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0984 (+0,52%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi