Avronun ucuzlaşması davam edir

Avronun ucuzlaşması davam edir Dünya bazarında ​qızılın qiyməti 1 208 dollar/unsiyaya düşüb
Maliyyə
20 May , 2015 08:28
Avronun ucuzlaşması davam edir

Bakı. 20 may. REPORT.AZ/ Mayın 19-da Amerika fond bazarında Dow Jones indeksində 0,07% artım müşahidə olunub və 18 312,39 bənd təşkil edib. S&P 500 0,06% geriləyərək 2 127,83 bənd, Nasdaq isə 0,17% azalaraq 5 070,04 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,38% irəliləyərək 6 995,10 bənd, Almaniya DAX-ı 2,23% artaraq 11 853,33 bənd, Fransa CAC-40-ı isə 2,09% yüksələrək 5 117,30 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,12% azalaraq 1 208,30 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1143 (-1,36%) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi