​Dünya bazarında qızıl və avro ucuzlaşıb

​Dünya bazarında qızıl və avro ucuzlaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0883 (-0,08%) təşkil edib
Maliyyə
15 Yanvar , 2016 09:27
​Dünya bazarında qızıl və avro ucuzlaşıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Yanvarın 14-də Amerika fond bazarında Dow Jones indeksi 1,41% bahalaşaraq 16 379,05 bənd, S&P 500 1,67% geriləyərək 1 921,84 bənd, Nasdaq isə 1,97% artaraq 4 615,00 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,72% ucuzlaşaraq 5 918,20 bənd, Fransa CAC-40-ı 1,80% azalaraq 4 312,89 bənd, Almaniya DAX-ı isə 1,67% geriləyərək 9 794,20 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 13,65 dollar yaxud 1,25% ucuzlaşaraq 1 081,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0883 (-0,08%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi