Dünya bazarında avro yenidən bahalaşıb

Dünya bazarında avro yenidən bahalaşıb Əksər fond indeksələri artıb
Maliyyə
17 Mart , 2015 09:35
Dünya bazarında avro yenidən bahalaşıb

Bakı. 17 mart. REPORT.AZ/ Martın 16-da Amerika fond bazarında Dow Jones indeksində 1,29% artım müşahidə edilib və 17 977,42 bənd təşkil edib. S&P 500 1,35% irəliləyərək 2 081,19 bənd, Nasdaq isə 1,19% artaraq 4 929,51 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,94% artaraq 6 804,08 bənd, Almaniya DAX-ı 2,24% bahalaşaraq 12 167,72 bənd, Fransa CAC-40-ı isə 1,01% bahalaşaraq 5 061,16 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,38% ucuzlaşaraq 1 154,00 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0557 (+0,56%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi