​Dünya bazarında avro və qızıl bahalaşıb

​Dünya bazarında avro və qızıl bahalaşıb Avronun dollara qarşı məzənnəsi 1,0953 USD/EUR-a çatıb
Maliyyə
29 May , 2015 08:24
​Dünya bazarında avro və qızıl bahalaşıb

Bakı. 29 may. REPORT.AZ/ Mayın 28-də Amerika fond bazarında Dow Jones indeksində 0,20% azalma müşahidə olunub və 18 126,12 bənd təşkil edib. S&P 500 0,13% geriiləyərək 2 120,79 bənd, Nasdaq isə 0,17% azalaraq 5 097,98 bənd olub.

"Report" xəbər verir ki, Avropa fond bazarında FTSE 100 indeksi 0,11% irəliləyərək 7 040,92 bənd, Fransa CAC-40-ı 0,86% geriləyərək 5 137,83 bənd, Almaniya DAX-ı isə 0,79% azalaraq 11 677,57 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,08% artaraq 1 188,70 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0953 (+0,44%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi