​Dünya bazarında avro 3% ucuzlaşıb

​Dünya bazarında avro 3% ucuzlaşıb Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1618 (-3,21%) təşkil edib
Maliyyə
27 Yanvar , 2015 09:40
​Dünya bazarında avro 3% ucuzlaşıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Yanvarın 26-da Amerika fond bazarında Dow Jones indeksində 0,03% artım müşahidə edilib və 17 678,70 bənd təşkil edib. S&P 500 0,26% artaraq 2 057,09 bənd olub, Nasdaq isə 0,29% artaraq 4 771,76 bəndə çatıb.

"Report" xəbər verir ki, Avropa fond bazarında yanvarın 26-da FTSE 100 indeksi 0,29% artaraq 6 852,40 bəndədək, Almaniya DAX-ı 1,40% artaraq 10 798,33 bəndədək, Fransa CAC-40-ı isə 8,83% artaraq 4 675,13 bəndədək yüksəlib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% ucuzlaşaraq 1 278,60 dollara düşüb. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1618 (-3,21%) təşkil edib.

İngilis versiyası Euro rate went down by 3%

Son xəbərlər

Orphus sistemi