Dünya banklarında böyük ixtisarlar nəzərdə tutulur

Dünya banklarında böyük ixtisarlar nəzərdə tutulur Dünyada iqtisadi artımın zəifləməsi, habelə qabaqcıl rəqəmli texnologiyalarının daha geniş tətbiqi ilə bağlı banklar kütləvi ixtisar planlarını açıqlayır.
Maliyyə
27 Dekabr , 2019 16:00
Dünya banklarında böyük ixtisarlar nəzərdə tutulur

Dünyada iqtisadi artımın zəifləməsi, habelə qabaqcıl rəqəmli texnologiyalarının daha geniş tətbiqi ilə bağlı banklar kütləvi ixtisar planlarını açıqlayır.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, cari ildə 50-dən artıq bank bütövlükdə 77 780 iş yerini ixtisar edəcəklərini bildirib.

Bu da 91 450-dək bank işçisinin ixtisara düşdüyü 2015-ci ildən etibarən ən böyük göstəricidir. İxtisarların 82%-i mənfi faiz dərəcələri ilə üz-üzə qalan Avropa banklarının payına düşür.

Beləliklə, son 6 il ərzində dünyanın bank sektorunda 425 mindən artıq iş yeri ixtisar edilib.

Son xəbərlər

Orphus sistemi