​Dünya Bankının regional direktoru Azərbaycana gəlir

​Dünya Bankının regional direktoru Azərbaycana gəlir Səfər iki gün davam edəcək
Maliyyə
123
16 Fevral , 2016 16:33
​Dünya Bankının regional direktoru Azərbaycana gəlir

Bakı. 16 fevral. REPORT.AZ/ Sabah Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə yeni direktoru Mersi Tembonun Azərbaycana rəsmi səfəri başlayır. “Report”un əldə etdiyi məlumata görə, səfər iki gün davam edəcək.

Tanışlıq xarakteri daşıyan səfər çərçivəsində M.Tembonun Azərbaycanın baş naziri Artur Rasizadə və hökumətin iqtisadi blokunun nümayəndələri ilə görüşü nəzərdə tutulur.

Xatırladaq ki, M.Tembon DB-nin Cənubi Qafqaz regionu üzrə direktoru kimi 2015-ci ilin oktyabrın 1-dən işə başlayıb. O bu postda 2012-ci ildən sözügedən vəzifəni icra edən və artıq Qana, Liberiya və Sierra-Leone üzrə regional direktor təyin olunan Henri Keralini (Henry Godfrey Rupiny Kerali) əvəz edib.

Son xəbərlər

Orphus sistemi