Dünya Bankının missiyası Azərbaycanda görüşlər keçirir

Dünya Bankının missiyası Azərbaycanda görüşlər keçirir Missiya artıq maliyyə naziri və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri ilə görüşüb
Maliyyə
25 Yanvar , 2017 12:48
Dünya Bankının missiyası Azərbaycanda görüşlər keçirir

Bakı. 25 yanvar. REPORT.AZ/ Dünya Bankının (DB) dəmiryolu nəqliyyatı üzrə missiyasının Azərbaycana səfəri başlayıb. “Report”un əldə etdiyi məlumata görə, missiyaya "Azərbaycan dəmir yolu ticarətinin və nəqliyyatinin dəstəklənməsi Layihəsi"nin kuratoru Jak Büre rəhbərlik edir.

Məlumata görə, bu gündən etibarən başlayan səfər yanvarın 31-nə qədər davam edəcək. J.Bürenin rəhbərlik etdiyi missiyanın artıq maliyyə naziri Samir Şərifov və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun üzv olduğu komissiya ilə görüşüb.

Qeyd edək ki, adıçəkilən layihə çərçivəsində DB Azərbaycana 220 mln. ABŞ dolları həcmində kredit ayırıb.

Son xəbərlər

Orphus sistemi