Dünya Bankı yoxsulluğun əhəmiyyətli dərəcədə kəskinləşəcəyini gözləyir

Dünya Bankı yoxsulluğun əhəmiyyətli dərəcədə kəskinləşəcəyini gözləyir Proqnoza görə, azı 38 milyon insan yoxsulluq həddinin altında qalacaq və ya onu aşa bilməyəcək.
Maliyyə
29 Sentyabr , 2020 11:19
Dünya Bankı yoxsulluğun əhəmiyyətli dərəcədə kəskinləşəcəyini gözləyir

Dünya Bankı (DB) yaxın 20 il ərzində Şərqi Asiya və Sakit okeanı regionunda yerləşən inkişaf etməkdə olan ölkələrdə yoxsulluq probleminin xeyli pisləşəcəyini gözləyir.

“Report” xəbər verir ki, bu barədə bankın bazar ertəsi yayımlanan hesabatında deyilir.

Belə ki, proqnoza görə, azı 38 milyon insan yoxsulluq həddinin altında qalacaq və ya onu aşa bilməyəcək. Bankın təsnifatına görə, ortadan yuxarı gəlirli ölkələrdə yoxsullar kateqoriyasına yaşayış minimumu gündə 5,5 ABŞ dollarından az olanlar daxildir.

“Koronavirus pandemiyası uzunmüddətli perspektivdə iqtisadi artıma davamlı təsir göstərəcək, investisiyalara və insan kapitalına zərər verəcək. İşsizlik, investisiya mühitinin qeyri-sabitliyi, məktəb və müəssisələrin bağlanması, ticarət və istehsal zəncirlərinin qırılması kimi problemlər yaşanacaq”, - hesabat müəllifləri qeyd edib.

Dünya Bankından vurğulanıb ki, hərtərəfli tədbirlər görmədən bölgə iqtisadiyyatını onilliklər ərzində ildə 1 faiz bəndi azalma gözləyəcək. Ən böyük təsiri səhiyyə, təhsil və əmək bazarına çıxış da daxil olmaqla, müxtəlif çətinliklərlə qarşılaşan yoxsul ailələr hiss edəcəklər.

Son xəbərlər

Orphus sistemi