Dünya Bankı: Ötən il Azərbaycanın nəqliyyat sektoru 8,5% böyüyüb

Dünya Bankı: Ötən il Azərbaycanın nəqliyyat sektoru 8,5% böyüyüb Bakı. 8 may. REPORT.AZ/ Ötən il Azərbaycanda qeyri-neft sektorunda 2,7% artım olub.
Maliyyə
8 May , 2018 16:28
Dünya Bankı: Ötən il Azərbaycanın nəqliyyat sektoru 8,5% böyüyüb
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ Ötən il Azərbaycanda qeyri-neft sektorunda 2,7% artım olub. 

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının "Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə" (Cryptocurrencies and Blockchain: Europe and Central Asia Economic Update) adlı yeni hesabatında bildirilir. 

Sənədə əsasən, qeyri-neft sektorunda ən yüksək inkişafın olduğu sahə nəqliyyat olub ki, burada da 8,5%-lik artım qeydə alınıb. İnformasiya texnologiyaları sektorunda 6,6%, turizmdə 5,9%, kənd təsərrüfatında isə 4,2% artım qeydə alınıb. 

"Neftin ucuzlaşması ümumi daxili məhsulun (ÜDM) 5% azalmasına səbəb olub. İllik inflyasiya 2016-cı ildəki 15,6%-dən 2017-ci ildə 7,9%-ə düşüb. Qiyməti ən çox artan qida məhsulları olub ki, burada da bahalaşma 9,4% təşkil edib. 

Son xəbərlər

Orphus sistemi